“Bank Standard”ın binası hərraca çıxarılır
2016-cı ildə müflisləşmiş "Bank Standard"ın binası hərraca çıxarılır.
Bu barədə Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov məlumat verib. Onun sözlərinə görə, 5 ildən sonra hərraca çıxarılan Nəsimi rayonu, 211-ci məhəllə, Səməd Vurğun küçəsi 18A ünvanında yerləşən binaya ilkin olaraq 29 milyon manat qiymət qoyulub:
“Nəhayət ki, 5 ildən sonra 2016-cı ildə müflisləşmiş "Bank Standard"ın binası hərraca çıxarılır. Saxlanması və mühafizəsinə kreditorlara çatası xeyli vəsaiti xərclənəndən sonra. Nəyi gözləyirdilər? Özü də şəhərin mərkəzində yerləşən 9 241,5 kv. metr sahəli binanın ilkin satış qiyməti 29 milyon manat olacaq, yəni, 1 kv. metrin qiyməti 3180 manatdır. Bu o deməkdir ki, daşınmaz əmlak bazarında qiymətlər çöküb...”
Qeyd edək ki, 2016-cı ilin oktyabrın 1-də “Bank Standard”ın lisenziyası ləğv edilib və bank müflis elan edilib.