"Dəmir Bank"ın əmlakı yenidən hərraca çıxarılır


Oktyabrın 5-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Dəmir Bank" ASC-nin daşınmaz əmlakının satışı üzrə növbəti açıq hərrac keçiriləcək.


"Report" xəbər verir ki, bu barədə bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Məlumata görə, söhbət Şəki şəhəri, Sabit Rəhman küçəsi, 6A ünvanında yerləşən 2 389,8 kv.m-lik qeyri-yaşayış binasından gedir. Əmlaka 1 300 000 manat qiymət qoyulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu