Sabah Moskvada "3+3"-ün ilk iclası keçiriləcək


“Altılıq formatı”nın (3+3 formatı) ilk iclası keçiriləcək.


Bu barədə məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb.

İclas dekabrın 10-u Moskvada keçiriləcək.

Bildirilir ki, iclasda Azərbaycan, Ermənistan, Rusiya və İran xarici işlər nazirlərinin müavinləri iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan və Türkiyə Prezidentlərinin təşəbbüsü ilə yaradılan “3+3 formatı” Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, İran və Türkiyənin iştirakını nəzərdə tutan əməkdaşlıq platformasıdır. Gürcüstan hələ ki, sözügedən formatda iştirakını təsdiq etməyib və ümumiyyətlə platformaya qoşulmayacağını bildirib. Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri David Zalkalianinin sözlərinə görə, bu platforma geosiyasi əhəmiyyətə malikdir və Tbilisi bu cür geosiyasi layihəyə qatılmayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu