Azərbaycanı "3+3” platformasında Xələf Xələfov təmsil edəcək
![](/uploads/posts/2021-12/1639036288_d7f620f0-f472-3ab4-9997-aeb022d91dfb_850.jpg)
Moskva şəhərində sabah "3+3” formatında keçiriləcək regional platformanın ilk iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.
Bu barədə Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinə istinadən xəbər verilib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə yaradılmış "3+3” formatında platformanın ilk iclası dekabrın 10-da Moskvada keçiriləcək. Görüşdə Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistanın xarici işlər nazirlərinin müavinləri təmsil olunacaq.