“Omikron”dan ilk ölüm halı qeydə alınıb
Böyük Britaniyada koronavirusun “Omikron” ştamından ölüm faktı qeydə alınıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Boris Conson deyib.
“Düşünürəm ki, bu, virusun daha yumşaq bir versiyası olması fikrini bir kənara qoymalıyıq”, - Baş nazir bildirib.