Masallıda evdə yanaraq ölənlərin şəxsiyyəti məlum olub
Masalı rayonunda evdə yanaraq ölənlərin şəxsiyyəti məlum olub.
Bunlar 1962-ci il təvəllüdlü Allahverən Fəyyaz oğlu Nəzərov və onun nəvəsi, 2017-ci il təvəllüdlü Rövşən Elşən oğlu Nəzərovdur.
Onların yanmış meyitləri aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, hadisə dekabrın 15-də rayonun Güllütəpə kəndində qeydə alınıb.(Report)