Avtomobildə dərman vasitələri aşkarlandı


Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında külli miqdarda dərman preparatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısı alınıb.


DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AFN-ə verilən məlumata görə, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn “Scania” markalı yük avtomobili saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Yoxlama zamanı yük nəqliyyat vasitəsində müxtəlif adda 347 qutu və 211 flakon dərman vasitələri aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu