Bakıda “Qoç ət” restoranı yandı - FOTOLAR


Bakıda restoranda yanğın başlayıb.


Fövqəladə Hallar Nazirliyi “Qoç ət” restoranında baş verən yanğınla bağlı məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonunda ümumi sahəsi 1200 m² olan (hər mərtəbəsi 240 m²) beşmərtəbəli restoran binasının fasadına bərkidilən bacada yağ qalıqları və damında quraşdırılan havalandırma sistemində 1 ədəd mühərrik yanıb. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə Binəqədi rayonunda qeydə alınıb.

***

Belə ki, Cəfər Xəndan küçəsindəki “Qoç ət” restoranında yanğın başlayıb.

Reportun xəbərinə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və texnikası cəlb edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu