“AstraZeneca” yeni ştama qarşı peyvənd hazırlayır
Oksford Universiteti və “AstraZeneca” Britaniya-İsveç şirkəti “Omicron” ştamına qarşı mübarizə üçün vaksinin yaradılmasına başlayıb.
Bu barədə şirkət açıqlama yayıb.
“Oksford Universiteti ilə birlikdə ehtiyac olarsa, istifadəsi üçün “Omicron” ştamına qarşı vaksin variantının istehsalı istiqamətində ilkin addımlar atdıq”, - deyə “AstraZeneca”nın məlumatında vurğulanıb.
Tədqiqatçılar belə güman edirlər ki, lazım gələrsə, 100 gün ərzində peyvəndin modifikasiyasını (yenilənməsini) hazırlaya biləcəklər.
Qeyd edək ki, ÜST hazırda 106 ölkədə “Omicron” ştamının aşkarlandığını açıqlayıb.