Fransada prezidentliyə namizədin Ermənistanda faşizmi təbliğ edən FOTOSU


Xəbər verdiyimiz kimi, Fransa prezidentliyinə namizəd Valeri Pekress Qarabağa səfər edib.


“Qafqazinfo”nun məlumatına görə, Valeri Pekress Ermənistana səfəri zamanı “Erablur” panteonunda erməni separatçıların məzarını ziyarət edib.

Onun burada qarşısına gül qoyduğu məzarlardan biri diqqət çəkib. Belə ki, sözügedən məzarın üzərində faşizmin rəmzi hesab olunan svastika işarəsi olub.

Ermənistanın faşistləri və faşizmin qəhrəmanlaşdırılmasını uzun illərdir təbliğ etməsi demək olar ki, hər kəsə bəllidir. Lakin dünyanın hazırda bu problemə qarşı mübarizə apardığı bir zamanda Fransada prezidentliyə namizəd olan rəsmi bir şəxsin bu addımı atması haqlı olaraq birmənalı qarşılanmayıb.

Bir faktı da qeyd etmək lazımdır ki, Valeri Pekress əgər Almaniya və yaxud Fransada üzərində faşizmi tərənnüm edən nişan olan hər hansı məzarı ziyarət etsə idi, bu, onun barəsində cinayət işinin başladılmasına səbəb olardı.

Qeyd edək ki, dekabrın əvvəli Fransada prezidentliyə digər namizəd Erik Zemmur da Ermənistana səfər etmişdi. Bu səfərlərin məqsədi isə əlbəttə ki, aydındır. Belə ki, Erməni Diasporu üzrə Araşdırmalar Mərkəzinin məlumatına görə, Fransadakı erməni icması 600 minə yaxın insanı əhatə edir ki, onların da 400 mini seçici hüququna malik şəxslərdir. Ermənistanın 44 günlük müharibədə məğlub olması dünyadakı ermənilərlə yanaşı, təbii ki, Fransadakı erməniləri də məyus edib. Bu səbəbdən də Fransada prezidentliyə namizədlər Ermənistana tez-tez baş çəkərək bu səfərləri seçki zamanı səsə çevirmək istəyirlər.

Fransada növbəti prezident seçkiləri 2022-ci ilin aprelində keçiriləcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu