Fransadan Azərbaycana qarşı növbəti təxribat - FOTO


Qondarma rejimin rəhbəri Araik Arutyunyan Fransaya səfər edib.


AFN.az xəbər verir ki, Arutunyan səfər çərçivəsində İl-de-Frans Mərkəzi Regionunun rəhbəri, Fransa prezidentliyinə sabiq namizəd Valeri Pekres ilə görüşüb. Pekres bu barədə özünün “Twitter” hesabında yazıb.
Görüşdə o, Ermənistana və Aqarabağdakı ermənilərə həmrəyliyini və dəstəyini növbəti dəfə bəyan edib. “Cənubi Qafqazda sülhə nail olmaq üçün “Dağlıq Qarabağ” münaqişəsini həll etmək lazımdır”-deyə Pekres qeyd edib.
Xatırladaq ki, Pekres ötən ilin dekabr ayında prezidentliyə namizəd kimi qanunsuz olaraq Xankəndinə səfər etmişdi.

M.Vahidli




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu