Azərbaycana sanksiya tətbiq edən spiker Ermənistana gəlir
Fransa Milli Assambleyasının sədri Yael Braun-Pive bu həftə Ermənistana gələcək.
“Milad bayramı günlərində düşüncələrim ümid və sülh arzularımı göndərdiyim bütün ermənilərə yönəlib. Gələn həftə Fransa Milli Assambleyasının dəstəyini təsdiqləmək üçün Ermənistana gedəcəm”- deyə spiker özünün “Twitter” hesabında yazıb.
Yael Braun-Pive həmçinin bildirib ki, nümayəndə heyətinə Valeri Rabo, Jan-Lui Burlanj və başqaları daxildir.
M.Vahidli