Fransa Qarabağdakı qondarma rejimi tanımaqdan imtina etdi


“Fransa dövlətin tabe olduğu beynəlxalq hüquqa uyğun olaraq “Dağlıq Qarabağ”ın “müstəqilliyi”ni tanımır”.


AFN.az-ın məlumatına görə, yanvarın 13-də İrəvanda Ermənistan parlamentinin sədri Alen Simonyanla birgə mətbuat konfransı zamanı Fransa Milli Assambleyasının prezidenti Yael Braun-Pivye belə deyib.
Eyni zamanda o, Fransa Senatının və Milli Assambleyasının Azərbaycan əleyhinə qətnamə qəbul etdiyini xatırladıb.
Fransalı spiker Laçın-Xankəndi yolunu Qarabağın blokadaya alınması kimi qələmə veürib: “Yolun bərpası, Ermənistanla Azərbaycan arasında sərbəst hərəkətin, elektrik və internet rabitəsinin bərpası üçün son dərəcə vacibdir. Biz humanitar böhranın qarşısını almaq üçün hər şeyi edəcəyik”-xanım Braun-Pivye əlavə edib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu