Rəhman Hacıyev: "Zəngilanda meşə massivinin salınması layihəsinə start verilib"
"Zəngilanda meşə massivinin salınması layihəsinə start verilib".
Bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” adlı elmi-praktiki konfransda “Zəfərdən dirçəlişə: Tarixi qələbədən sonra yeni yaranan reallıq” mövzusunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, layihə çərçivəsində 30 min ağacın əkilməsi planlaşdırılır: "Hər bir ağacın xüsusi suvarması olacaq: "Bu təşəbbüs əlbəttə ki, bir rayonla məhdudlaşmayacaq, azad edilən digər ərazilərdə də mütəmadi olaraq davam etdiriləcək”.