Ermənilərin yaraladığı Anar Rəhimlinin həyatına təhlükə yoxdur - AÇIQLAMA


Xəbər verildiyi kimi, Qarabağda "Bakcell" şirkətinin əməkdaşı Anar Rəhimli ermənilərin atəş açması nəticəsində yaralanıb.


Şirkətdən verilən açıqlamada bildirilir ki, Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində xidməti vəzifələrini yerinə yetirən əməkdaşlar erməni silahlıları tərəfindən atəşə tutulub. Hadisə nəticəsində yaralanan Anar Rəhimliyə hazırda tibbi xidmət göstərilir və həyatı üçün təhlükə yoxdur. Hazırda Bakcell şirkəti işğaldan azad olunmuş ərazilərimizdə mobil şəbəkənin qurulması istiqamətində genişmiqyaslı işlər aparır və əməkdaşlarımızın Ağdama səfərinin məqsədi də həmin ərazidə mobil şəbəkənin qurulması olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu