Gömrük postlarında 3 tondan çox narkotik vasitə və psixotrop maddə saxlanılıb


Bu il 3 ton 43 kq narkotik vasitə və psixotrop maddənin gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.


AFN xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev rəsmi "Twitter" hesabında paylaşım edib.

"2019-2021-ci illər ərzində gömrükçülərin həyata keçirdiyi əməliyyatlar nəticəsində 6 ton 523 kq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb", - deyə komitə sədri qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu