Ermənistan aviaşirkəti İrəvan-İstanbul reyslərini yerinə yetirəcək
Ermənistanın "Flyone Armenia" aviaşirkəti İrəvan-İstanbul-İrəvan marşrutu üzrə çarter reyslərini yerinə yetirəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə aviaşirkət Ermənistan hakimiyyət orqanlarından icazə alıb.
Hazırda müvafiq razılığı Türkiyə tərəfi verməlidir.
Uçuşlar 2022-ci ilin yanvar ayından başlayacaq.
Dekabrın 16-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, İstanbul-İrəvan-İstanbul marşrutu üzrə uçuşlar həyata keçirmək üçün Türkiyə və Ermənistan aviaşirkətlərinin müraciətlərinə baxılır.