İrəvan-İstanbul-İrəvan marşrutu üzrə ilk uçuş həyata keçirilib
Ermənistanla Türkiyə arasında iki illik fasilədən sonra ilk dəfə olaraq birbaşa uçuşlar bərpa edilib.
AFN.az xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb. İrəvan-İstanbul-İrəvan marşrutu üzrə ilk uçuşu Ermənistanın “Fly One Armenia” aviadaşıyıcısı həyata keçirib.
Təyyarənin göyərtəsində 65 sərnişin olub.
İlkin mərhələdə İrəvandan İstanbula uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə günləri yerinə yetiriləcək. Gələcəkdə uçuşlar çərşənbə günləri də həyata keçiriləcək.