İrəvan-Qafan reysi təxirə salındı - Səbəb


Xəbər verdiyimiz kimi, Paşinyan İrəvandan Qafana müntəzəm reyslərin açılacağını elan etmişdi.



Avqustun 25-ə planlaşdırılan reys təxirə salınıb. Ermənistanın Mülki Aviasiya Komitəsindən verilən məlumata görə, İrəvan-Qafan-İrəvan reysi əlverişsiz hava şəraiti səbəbindən baş tutmayıb. Təyyarə səhər İrəvandan Qafana uçmalı, sonra geri qayıtmalı idi.

Qeyd edək ki, avqustun 21-dən İrəvan-Qafan-İrəvan müntəzəm reysləri açılıb. L-410–UVP E20 kiçik tutumlu Layner 17 sərnişin üçün nəzərdə tutulub.

Ermənistanın Sünik vilayətinin administrasiyası Qafan hava limanından İrəvana uçuşların cədvəlini açıqlayıb. Uçuşlar hər həftənin bazar ertəsi və cümə günləri həyata keçirilməlidir. Biletlərin qiyməti 20 min dramdan (50 dollardan bir qədər çox - red.) başlayır.//Musavat.com



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu