Azərbaycan xüsusi xidmət orqanları erməniləri vahiməyə salmağa çalışır - İDDİA


Azərbaycanın xüsusi xidmət orqanları saxta erməni hesabları vasitəsilə sosial şəbəkələrin Qarabağ seqmentində yalan xəbərlər yaymaqda davam edir və əhali arasında qorxu yaratmağa çalışırlar.


Qaynarinfo xəbər verir ki, bu barədə iddia ilə şənbə günü qondarma "Dağlıq Qarabağ”ın "Milli Təhlükəsizlik Xidməti” çıxış edib.

"Dağlıq Qarabağın Milli Təhlükəsizlik Xidməti qanun çərçivəsində öz funksiyalarını ardıcıl şəkildə yerinə yetirərək bildirir ki, Azərbaycanın xüsusi xidmət orqanları saxta erməni hesabları vasitəsilə sosial şəbəkələrin Qarabağ seqmentində şayiələr yaymaqda davam edir və bununla bağlı sosial şəbəkələrdə qorxu ab-havası yaratmağa çalışırlar”, - "Facebook”da "Dağlıq Qarabağ” MTX-nın səhifəsində dərc olunan bəyanatda deyilir.

Qondarma "Dağlıq Qarabağ”ın "MTN”i mümkün nəticələrin qarşısını almaq üçün müvafiq addımlar atdığını bildirib.

Xidmət vətəndaşları şayiələrə inanmamağa, yoxlanılmamış məlumatları yaymaqdan, sosial şəbəkələrdə müzakirə etməkdən çəkinməyə çağırıb və yalnız rəsmi xəbərləri izləməyi tövsiyə edib.

Xatırladaq ki, "Dağlıq Qarabağ MTN” bundan əvvəl də Azərbaycan xüsusi xidmət orqanlarının sosial şəbəkələr vasitəsilə erməniləri qorxutmaq cəhdləri barədə məlumat yayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu