Ələsgər Məmmədli: “Rus mediasının media yox, propoqanda aləti olduğunu unutmayaq”
Bunu ekspert Ələsgər Məmmədli bildirib.
Ə.Məmmədli qeyd edib ki, ölkə Konstitusiyasını kobud şəkildə tapdayıb, heç bir beynəlxalq və yerli hüquqa söykənməyən KTMT pərdəsi altında rus xüsusi təyinatlılarının ölkəyə soxan Tokayev əslində hakimiyyət hərisliyi ilə vətənə xəyanətə imza atıb: “Gec-tez bu informasiya kirliliyi keçəcək-durulacaq, geridə gerçəklər qalacaq. Eyni ilə “20 yanvar” həqiqətləri kimi. Buradan mediaya, jurnalistlərə səslənirəm, etibar etmədiyiniz mənbələrdən aldığınız məlumatları həqiqət kimi tirajlamayın, ya öz mənbələrinizlə təsdiqlədin, ya da propaqandaya vasitəçilik etməyin. Rus mediasının media yox, propoqanda aləti olduğunu unutmayaq”.