Azərbaycanda 101 milyon manatlıq əmlakın üzərinə həbs qoyulub
2021-ci ildə korrupsiya hüquqpozmasına yol verən 492 şəxs barəsində 301 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.
Bu barədə Baş Prokurorluqda keçirilən əməliyyat müşavirəsində bildirilib.
Qeyd edilib ki, 39 milyon 224 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib, həmçinin 101 milyon 373 min manat dəyərində əmlak üzərinə həbs qoyulub, eləcə də cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən mövcud qanunvericiliyin tələbinə uyğun olaraq dövlət büdcəsinə əlavə olaraq 2 milyon 195 min manat məbləğində pul vəsaitinin ödənilməsi təmin olunub.