Ötən il Baş Prokurorluq tərəfindən aparılan maliyyə yoxlamalarının sayı açıqlanıb


2022-ci ildə Azərbaycan Baş Prokurorluğu və Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamalarla bağlı statistik rəqəmlər açıqlanıb.


Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, hesabat dövründə 64 maliyyə yoxlaması nəticəsində dövlətə vurulmuş 2 milyon 147 min 485 manat maddi ziyanın hazırkı vaxtadək 589 min 537 manat hissəsinin ödənilməsi təmin edilib, həmçinin, 9 əmlak üzərinə həbs qoyulub.

Yoxlamalar zamanı aşkar edilmiş hüquqpozmalara dair prokurorluq orqanları tərəfindən 10 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib, 32 halda vurulmuş zərərin ödənilməsi təmin edilib, 22 fakt üzrə isə hazırda araşdırmalar davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu