Türk Dövlətləri Təşkilatının mənzil-qərargahında bayraqlar endirilib


Qazaxıstanda matəm günü ilə əlaqədar olaraq Türk Dövlətləri Təşkilatının (TDT) Türkiyənin İstanbul şəhərində yerləşən mənzil-qərargahında üzv ölkələrin bayraqları endirilib.


Bu barədə təşkilat məlumat yayıb.

“Qardaş Qazaxıstan xalqı və hökuməti ilə həmişə həmrəy olan TDT hadisələrdə həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyir və ölkənin ən qısa müddətdə normal vəziyyətə dönməsini arzulayır”, - məlumatda qeyd olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu