Rəcəb Tayyib Ərdoğan Teymur Musayevi təltif etdi - FOTO


Türk Dövlətləri Təşkilatının üzv ölkələrin səhiyyə nazirlərinə VIII Türkiyə Tibb Dünyası Konqresi və “Tibb tarixinə və ümumi irsə hörmət” mükafatı təqdim olunub.



AFN xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyi məlumat yayıb.

İstanbulda keçirilən Türk Tibb Dünyası Konqresi davam edir. Beynəlxalq tədbir çərçivəsində Türk Dövlətləri Təşkilatının üzv ölkələrin səhiyyə nazirlərinə VIII Türkiyə Tibb Dünyası Konqresi və “Tibb tarixinə və ümumi irsə hörmət” mükafatının təltifetmə mərasimi baş tutub.

Tədbirdə açılış nitqi ilə çıxış edən Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev vurğulayıb ki, son illərdə əldə edilən uğurlarımız sayəsində türk dünyası çərçivəsində birgə addımlar atılıb, türk birliyinin əsası qoyulub. Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı siyasət, iqtisadiyyat, mədəniyyət, ticarət, gömrük kimi digər sahələri də əhatə edən bir beynəlxalq təşkilatdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu