Ermənistan türk aviaşirkətinə İstanbul-Yerevan-İstanbul reysləri üzrə uçuşa icazə verib
![](/uploads/posts/2022-01/1641839428_39f9687e-9295-320a-88f4-94fb453d6096_850.jpg)
Ermənistanın Mülki Aviasiya Komitəsi Türkiyənin “Pegasus Airlines” aviaşirkətinə İstanbul-Yerevan-İstanbul marşrutu üzrə uçuşların həyata keçirilməsi üçün icazə verib.
Bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bundan əvvəl Ermənistanın “Flyone” şirkəti də analoji icazə alıb.