"Qiymətlər istəyir 10 dəfə bahalaşsın, ruzini verən Allahdır" - Tahir İmanov


"Ruzini verən Allahdır. Ona görə də mən bahalaşmadan çox da narahat deyiləm”.


AFN xəbər verir ki, bu sözləri Bakupost.az-a Əməkdar artist Tahir İmanov unun və bir çox ərzaq məhsullarının bahalaşmasına münasibət bildirərkən deyib. O bildirib ki, bu məsələləri, əslində, siyasətçilər, iqtisadçılar şərh etməlidir: "Mən bu haqda heç nə deyə bilmərəm. Ən azından ona görə ki, siyasətçi deyiləm. Bununla bağlı siyasətçilər danışsınlar. O ki qaldı bahalaşmaya, ruzini verən Allahdır. Mən Allaha təvəkkül edirəm. İstəyir 10 dəfə bahalaşsın. Allah ruzini verirsə, problem yoxdur".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu