Uşaq bağçasında şiddət: DİN işə qarışdı-VİDEO
Uşaq bağçasından çəkilib yayılan video böyük etiraza səbəb olub.
AFN xəbər verir ki, Azərbaycandakı körpələr evindən birində baçğanın işçisi körpə uşağı yemək yeyərkən vurur. Onun bu hərəkətini əks etdirən videogörüntü bir neçə saatın içində sosial şəbəkələrdə böyük rezonansa səbəb olub. Vətəndaşlar həmin bağçanın və müəllimənin tapılaraq cəzalandırılmasını tələb edirlər. Daxili İşlər Nazirliyi DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev açıqlama verərək bu istiqamətdə araşdırmalara başlandığını bildirib: "Sosial şəbəkələrdə uşaq bağçalarından birində azyaşlıya qarşı şiddət göstərilməsi ilə videogörüntülər yayılıb. Yayılan görüntülərlə bağlı araşdırma başlayıb. Fakt nəzarətə götürülüb. Araşdırmanının nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir".