Sülhməramlıların ilk qrupu Qazaxıstandan Rusiyaya qayıdıb - VİDEO


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kontingentinin sülhməramlıları Qazaxıstandan Rusiyaya qayıtmağa başlayıb.


Rusiya mediası xəbər verir ki, sülhməramlıların daşınması Rusiyanın İl-76 təyyarələrində həyata keçirilir. Sülhməramlılar daimi dislokasiya yerinə - İvanovo vilayətinə çatdırılacaq. Bu iş üçün 4 təyyarə cəlb olunub.

KTMT-nin qalan sülhməramlıları 10 gün ərzində ölkələrinə qayıdacaqlar.

Ümumilikdə Rusiya, Ermənistan, Belarus, Qırğızıstan və Tacikistandan olan iki mindən çox sülhməramlı Qazaxıstana göndərilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu