KTMT qoşunları Qazaxıstandan çıxmağa başladı


KTMT qoşunlarının Qazaxıstandan çıxarılmasına başlanılıb.


Bu barədə "Kommersant” Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

"KTMT-nin kollektiv sülhməramlı qüvvələri komandanlığı və Qazaxıstan Respublikası Müdafiə Nazirliyi tərəfindən hazırlanmış plana uyğun olaraq, sülhməramlılar tərəfindən qorunan sosial əhəmiyyətli obyektlərin ölkənin hüquq-mühafizə orqanlarına təhvil verilməsinə başlanılıb”, - hesabatda deyilir.

KTMT sülhməramlılarının ölkələrinə qaytarılması Qazaxıstan tərəfi ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq, - Müdafiə Nazirliyi bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu