Paşinyan Rusiya Müdafiə Nazirliyinin qərarını ləğv etdirdi


“Ermənistan bu il öz ərazisində KTMT təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmir”.


AFN.az-ın məlumatına görə, Baş nazir Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında belə deyib.
“Ermənistanın müdafiə naziri erməni tərəfinin bu il Ermənistanda təlimlərin keçirilməsini məqsədəuyğun hesab etmədiyinə dair artıq KTMT-nin Birgə Qərargahına məlumat verib. Bu təlimlər baş tutmayacaq”,-deyə Paşinyan bildirib.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi Ermənistanda KTMT sülhməramlı kontingentinin “Sarsılmaz qardaşlıq-2023” birgə təliminin keçiriləcəyini açıqlamışdı.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu