“Azərişıq” 9 manata görə vətəndaşı işıqsız qoymaq istəyir – FOTO


“Azərişıq” ASC külli miqdarda borcu olmayan abonentləri də elektrik enerjisini kəsməklə hədələyir.


Reportyor.info xəbər verir ki, ayrı-ayrı vətəndaşlar qurumun bu fəaliyyətindən narazılıq edirlər. Məlunəm olur ki, “Azərişıq” ASC 5-10 manat borcu olan abonentləri xəbərdarlıqla təhdid edir və ay tamam olmamış işığı kəsəcəyini bildirir.

Bu məqsədlə mənzillərin qapılarına hədə dolu bildirişlər qoyulur və kustar şəkildə yazılmış xəbərdarlıqlar edilir. Halbuki heç bir qanuni əsası yoxdur və abonentin külli miqdarda borcu yoxdursa, aylarla ödənişi gecikdirmirsə, 5-10 gün yubanma ilə işıq pulunu verirsə, heç bir halda onu elektrik enerjisindən məhrum etmək olmaz.

Üstəlik, prezident də bu haqda zamanında tapşırıq verib ki, kommunal xidmətlər müştərilərə güzəşt etməli, incitməməlidir, kiçik məbləğdə borca görə işıq kəsilməməlidir. Eyni zamanda söhbət qışın soyuq və sərt aylarından gedirsə, ASC bunu etməklə mənəvi cəhətdən də kasadlığını nümayiş etdirmiş olur.

Lakin görünür ki, qurumun sədri Vüqar Əhmədov, ayrı-ayrı idarələrin rəisləri nə prezidentin sözlərinə məhəl qoyur, nə əhalini düşünürlər. Misal üçün şəhid qardaşı olan Elyar İslamoğluna cəmi 9 manata görə xəbərdarlıq gəlib. Həmçinin oxşar hədə Bakıxanov qəsəbəsində yaşayan sakinlərə də ünvanlanıb. Ümumiyyətlə, bu hallara son qoyulmalıdır və V. Əhmədov özünü gözdən salmamalıdır. Sanki kommunal qurumun rəhbəri yox, prokuror və ya müstəntiqdir, əhali ilə bu ritorikada danışırlar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu