“Azərişıq”dan leysan səbəbindən işıqsız qalan kəndlə bağlı AÇIQLAMA


Qusarda kəndin bir hissəsi işıqsız qalıb.


Bu barədə rayonun Aşağı Ləgər kənd sakinləri məlumat veriblər. Kənd sakinlərinin sözlərinə görə, gecə saatlarından elektrik enerjisinin verilişi dayandırılıb.

“Azərişıq” ASC-dən Oxu.Az-a verilən məlumata görə, leysan yağışları ilə əlaqədar sel suları kəndin bir hissəsini elektrik enerjisi ilə təmin edən xətlərə ziyan vurub:
“Hazırda qurumun qəza xidmətinin əməkdaşları yaranan problemin aradan qaldırılması istiqamətində tədbirlər görür. Yaxın 30 dəqiqə ərzində kənd tam şəkildə elektrik enerjisi ilə təmin olunacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu