Biləsuvarda transformatorda qəza baş verib, iki kənd işıqsız qalıb


Biləsuvar rayonunun iki kəndi elektrik enerjisiz qalıb.


Ötən gün axşam saatlarından etibarən rayonun Nərimankənd və Səmədabad kəndlərində hazırda elektirik enerjisi yoxdur.

Biləsuvar Elektrik Şəbəkəsindən bildirilib ki, Nərimankəndin elektrik transformatorunda qəza baş verib.

Qeyd olunub ki, bu kəndlərin elektrik təminatı daşıyıcısı xətti eynidir. Yaranmış qəza ilə əlaqədar xətt gərginlikdən ayrılıb. Qəzanın aradan qaldırılması üçün işlər aparılır, yaxın vaxtlarda işlər tamamlanaraq, kəndlərin elektrik enerjisi bərpa olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu