Tağıyevin heykəlini zədələyənlərlə bağlı bu gün qərar veriləcək


Bakıda “İçərişəhər” metrostansiyasının çıxışında qoyulan Hacı Zeynalabdin Tağıyevin heykəlini zədələyərək dəmirdən təsbehi qıran gənclər bu gün məhkəməyə çıxarılacaq.


İstintaq orqanı hadisəni törətməkdə şübhəli bilinən– 1991-ci il təvəllüdlü Vüqar Tağızadə və 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimat verib.

Xəbəri rus dilində oxuyun: Сегодня будет принято решение о лицах, повредивших памятник Тагиеву

Bu gün Səbail rayon məhkəməsində onların barəsində qərar veriləcək.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə ittiham edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu