Tağıyevin heykəlini zədələyənlərlə bağlı yeni qərar: Həbs edildilər


Paytaxtın Səbail rayonunda Hacı Zeynəlabdin Tağıyevin heykəlinə zərər vuran şəxslər barəsində məhkəmə qərarı olub.


DİN Mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, əməli törətməkdə təqsirləndirilən şəxslər – 1991-ci il təvəllüdlü Vüqar Tağızadə, 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə istintaq hərəkətləri davam etdirilir. İstintaqın yekununda toplanmış materiallar baxılması üçün məhkəməyə göndəriləcək.

Xəbəri rus dilində oxuyun: Задержан арендатор ресторана, якобы принадлежавший Закиру Фараджеву

Qeyd edək ki, adıçəkilən şəxslər saxlanıldıqdan 48 saat sonra, yanvarın 21-də onların məhkəməyə çıxarılacağı gözlənilsə də, bu baş verməmişdi. Onların barəsində məhkəməyə həbs qətimkan tədbirinin seçilməsi üçün təqdimat verilmədi. Həmin gün istintaqı aparan polis orqanı gənclər barəsində polisin nəzarətinə verilmə qərarı vermişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu