Allahşükür Paşazadənin müşaviri dünyasını dəyişdi
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin müşaviri Xanlar Səlimxanov vəfat edib.
AFN “Report”a istinadən xəbər verir ki, o, ötən gün uzunsürən xəstəlikdən dünyasını dəyişib.
Mərhum Abşeron rayonunun Fatmayi kəndində yerləşən qəbiristanlıqda dəfn olunub.
Qeyd edək ki, X.Səlimxanov uzun illər dövlət orqanlarında çalışıb.