Allahşükür Paşazadəyə yeni müavin təyin olunub


Qafqaz Müsəlmanları İdarəsi sədrinə yeni müavin təyin olunub.


Bu vəzifəyə Bəxtiyar Nəcəfov təyinat alıb.

Bununla da Şeyxülislam Allahşükür Paşazadənin müavinlərinin sayı 6-ya çatıb.

B.Nəcəfov bundan əvvəl müxtəlif məscidlərdə imam kimi çalışıb.

Hazırda sədrin I müavini Salman Musayev, müavinləri isə Sabir Həsənli, Fuad Nurullayev, Qəmər Cavadlı və Rəşad Əliyarlıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu