Polis metropolitendə maarifləndirmə tədbiri keçirdi - VİDEO


Koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə metrodan istifadə edən sərnişinlər arasında profilaktik tədbirlər davam etdirilir.


DİN Mətbuat Xidmətindən AFN.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən Bakı metropoliteninin ayrı-ayrı stansiyalarında sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şərnişinlərlə profilaktiki söhbətlər aparılıb. Tədbir çərçivəsində qaydalara əməl etməyən şəxslər barəsindən inzibati cəza protokolu tərtib olunmayıb.

Metropolitenində polis şöbəsinin və inzibati ərazilərdə xidmətə cəlb olunan əməkdaşlardan ibarət naryad qrupları tibbi maskadan düzgün istifadə etməyən, polis gördükdə dərhal “maskadan istifadə edirəm, maskam var” deyən şəxslərə koronavirus infeksiyasının fəsadları izah olunub.

Profilaktiki tədbirlər davam etdirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu