UEFA “Qarabağ”ın rəqibini cərimələdi
“Qarabağ”ın Konfrans Liqasındakı rəqibi “Olimpik” (Marsel, Fransa) klubu UEFA tərəfindən cərimələnib.
Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Marsel təmsilçisi Avropa Liqasında “Lokomotiv”ə (Moskva) qarşı keçirilən matçda azarkeşlərinin davranışlarına görə cəzalandırılıb. Klub fanatların priotexniki vasitələrdən istifadə etməsi səbəbindən 17500 avro məbləğində cərimə edilib.
Qeyd edək ki, “Qarabağ”ın bu rəqiblə ilk oyunu fevralın 17-də Fransada, cavab matçı fevralın 24-də Bakıda baş tutacaq.