"Qarabağ"ın Konfrans Liqasındakı rəqibi cərimələnib


Belçika Futbol Assosiasiyası "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan "Gent"i cərimələyib.


"Report"un məlumatına görə, buna komandanın azarkeşlərinin evdə "Brügge"yə qarşı çempionat oyunundakı (2:0) davranışları səbəb olub.

Klub fanatların sözügedən qarşılaşmada priotexniki vasitələrdən istifadə etməsi və təhqiredici şüarlar səsləndirməsi üzündən 1 500 avro ziyana düşüb.

Bundan başqa, "Gent"ə şərti cəza da verilib. İnsident 1 il ərzində təkrar olunarsa, komandanın ev oyunlarını keçirdiyi "Gelamko Arena"nın 225-ci sektoru 1 oyunluq azarkeşlərin üzünə bağlanacaq.

Qeyd edək ki, “Qarabağ” “Gent”lə ilk oyununu fevralın 16-da Bakıda, cavab görüşünü isə 23-də Gentdə keçirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu