Gömrük Komitəsi: “Xaricdən mal alanların 58 %-i 100 dollar həddini keçmir”


“2021-ci ildə “e-customs.gov.az” portalı və “Smart Customs” mobil tətbiqi üzərindən gömrük orqanlarına elektron ticarət bəyannaməsi təqdim edən istifadəçilərin 58 %-i 100 ABŞ dolları həddini keçməyib”.


AFN.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib.

“Dəyəri 100-200 ABŞ dolları arasında olan bəyannamə təqdim edən istifadəçilər 25 % təşkil edib. Dəyəri 200-300 ABŞ dolları arasında dəyişən bəyannamə təqdim edən istifadəçilər isə 16 %-dir. Ümumilikdə istifadəçilərin 1 %-i dəyəri 300 ABŞ dollarından yuxarı elektron ticarət bəyannaməsi təqdim edib”, - deyə komitədən qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu