Səfər Mehdiyevin “Qubadlı” postu ilə bağlı açıqlamasına aydınlıq gətirildi


Dövlət Gömrük Komitəsi “Qubadlı” gömrük postunda nəqliyyat vasitələrindən toplanan gömrük ödənişlərinin miqdarının dekabr və yanvar aylarında dəyişməməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.


AFN.az xəbər verir ki, bu barədə Komitənin mətbuat xidmətinin rəhbəri Natiq Axundov məlumat yayıb.

O qeyd edib ki, bir sıra sosial şəbəkə hesabarında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin “Qubadlı” gömrük postundan keçən nəqliyyat vasitələrindən toplanan gömrük ödənişlərinin miqdarı ilə bağlı səsləndirdiyi rəqəmlərə şübhə ilə yanaşılıb, dekabr və yanvar aylarında açıqlanan rəqəmlərin bir-birindən fərqlənmədiyi qeyd olunub: “Bildiririk ki, son bir ayda əlverişsiz hava şəraiti ilə əlaqədar “Qubadlı” gömrük postundan keçən nəqliyyat vasitələrinin həcmində kəskin azalma müşahidə olunub. Yanvar ayı ərzində bu postdan 109 nəqliyyat vasitəsi keçib. Məhz buna görə dekabr və yanvar aylarında açıqlanan yekun rəqəmlərdə ciddi fərq yaranmayıb və məlumatda yanlışlıq yoxdur”.

Qeyd edək ki, bir neçə gün əvvəl DGK sədri Səfər Mehdiyev sözügedən postdan bu günə qədər 7 minə yaxın nəqliyyat vasitəsinin keçdiyini, bu nəqliyyat vasitələrindən 2 milyon manata yaxın vəsait toplanaraq dövlət büdcəsinə köçürüldüyünü açıqlamışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu