Azərbaycan millisinin toplanışı kütləvi xəstəliyə görə ləğv olunub


19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin bu gün başlamalı olan təlim-məşq toplanışı ləğv edilib.


Azərbaycan Futzal Federasiyasının Mətbuat katibi Mahal Məmmədovun verdiyi məlumata görə, buna əksər oyunçuların səhhətlərində problem aşkarlanması səbəb olub.

Federasiya rəsmisi bildirib ki, futzalçılar test vermədikləri üçün onların koronavirusa yoluxub-yoluxmadıqları bəlli deyil: "Amma aralarında qızdırması olan, soyuqlayan, halsızlıq hiss edənlər var. Toplanış olsaydı AFFA-da test verəcəkdilər. Hazırlıq prosesi baş tutmadığından, onlardan analiz götürülməyib".

Qeyd edək ki, U-19 gələn ay Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayacaq. 7-ci qrupda yer alan Ağatahir Əzimovun başçılıq etdiyi kollektiv martın 16-da Belarus, martın 17-də Xorvatiya və martın 19-da Latviya ilə qarşılaşacaq. Bu qrupun oyunları Xorvatiyada təşkil olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu