Hulusi Akar: "Qış qartalı" əməliyyatında xeyli terrorçu zərərsizləşdirilib"


“Qış qartalı" əməliyyatında xeyli terrorçu zərərsizləşdirildi. Hazırda vəziyyəti yaxından izləyirik".


Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkə Silahlı Qüvvələrinin İraqın şimalı və Suriyada keçirdiyi "Qış qartalı" əməliyyatından danışarkən deyib.

"Qarşıdakı saatlarda, günlərdə əməliyyatın nəticələri ilə bağlı məlumatları kəşfiyyat kanallarından və digər mənbələrdən alacağıq”, - o bildirib.

H.Akar həmçinin terrorla mübarizənin uğurla davam etdiyini vurğulayıb: “Axtarılanların arasında çoxlu terrorçu var. Millətimizi 40 ildir ki, ölkəmizin bəlasına çevrilən terrordan xilas edəcəyik. Bu mövzuda əzmliyik, qərarlıyıq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu