Son 7 ildə Türkiyə 37 min 474 terrorçunu zərərsizləşdirib


Xarici mətbuatda çıxışlarımız təhrif edilir.


AFN.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. O, bildirib ki, Türkiyə İraq və Suriya başda olmaqla bütün qonşularının sərhədlərinə, suverenlik hüquqlarına və ərazi bütövlüyünə hörmətlə yanaşır: "Bunu dönə-dönə desək də, xüsusilə xarici mətbuatda çıxışlarımız təhrif edilir və bilərəkdən kontekstdən çıxarılır. Bizim niyyətimiz ölkəmizi və millətimizi müdafiə etmək, təhlükəsizliyini təmin etməkdir. Biz bunun üçün çalışırıq, edilməsi lazım olan hər şeyi edirik".

Türkiyə Silahlı Qüvvələrinin terrorla mübarizə apardığını vurğulayan Akar, buna başqa don geydirməyin etik olmadığını bildirib: "Heç bir ayrı-seçkilik etmədən bütün terror təşkilatlarına qarşı mübarizə aparırıq. PKK/YPG, DEAŞ, FETÖ ilə mübarizə aparırıq. Etnik, dini və məzhəb qruplarına qarşı mübarizəmizdən söhbət gedə bilməz. Terror təşkilatlarının adından asılı olmayaraq, mübarizəmizi davam etdirəcəyik. Ölkəmizə və millətimizə ziyan vurduqca onlarla mübarizə aparılacaq. İnşallah soylu millətimizi 40 ildir başımıza gələn terror bəlasından xilas edəcəyik. Onları kim dəstəkləsə də, əzm və qətiyyətlə mübarizə aparmışıq. 24 iyul 2015-ci il tarixindən indiyədək 37 min 474 terrorçu zərərsizləşdirilib. Son bir ayda 134 terrorçu zərərsizləşdirilib. Mehmetçik böyük əzmlə vəzifəsini yerinə yetirməyə davam edir".

Terrorla mübarizədə beynəlxalq əlaqələrdən və diplomatiyadan intensiv şəkildə istifadə etdiklərini bildirən milli müdafiə naziri, Moskvada Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu, Suriya müdafiə naziri Əli Mahmud Abbas və üç ölkənin kəşfiyyat rəhbərlərinin iştirakı ilə keçirilən üçtərəfli görüşü xatırladıb. H.Akar, görüşdə Türkiyənin terrorla mübarizədə qətiyyətli olduğunu, əlavə mühacir istəmədiyini açıq şəkildə ifadə etdiklərini, Türkiyədəki suriyalıların da öz torpaqlarına, evlərinə könüllü, təhlükəsiz və təminatla qayıtmasını təmin etməyi hədəflədiklərini bildirdiyini deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu