Azərbaycan və Ukrayna Baş nazirləri arasında telefon danışığı olub
Bu gün Ukraynanın Baş naziri Denis Şmıqal Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.
Bu barədə AFN.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Baş nazirlər Azərbaycan ilə Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bir-birilərini təbrik ediblər.
Danışıq zamanı Azərbaycan-Ukrayna dostluq münasibətlərinin iqtisadi və bir çox digər sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.