Mingəçevirdə bacısını qətlə yetirən şəxsin cəzası ağırlaşdırılıb


Mingəçevirdə bacısını öldürməkdə təqsirləndirilən Malik Məmmədovun cəzası ağırlaşdırılıb.


AFN.az "Report"a istinadən xəbər verir ki, bu barədə qərar Şəki Apellyasiya Məhkəməsində elan edilib.

Belə ki, onun 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası 1 il artırılıb.

Qeyd edək ki, hadisə 2020-ci il sentyabr ayında Mingəçevir şəhərində yerləşən istirahət parklarının birində baş verib.

Belə ki, Yevlax rayonunun Xanabad kənd sakini, 1985-ci il təvəllüdlü M.Məmmədov bacısı, 1986-cı il təvəllüdlü M.Məmmədovanı qısqanclıq zəminində qətlə yetirib.

Qadın aldığı 12 bıçaq zərbəsindən dünyasını dəyişib.

M.Məmmədova Cinayt Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökü ilə M.Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu