Bakıda 15 yaşlı qız ana oldu, özü və körpəsi öldü


Bakıda yeniyetmə qız uşaq dünyaya gətirib, sonra özü və körpəsi ölüb.


AFN.az xəbər verir ki, hadisə 3 saylı Şəhər Klinik Xəstəxanasında qeydə alınıb.

Belə ki, 15 yaşlı G.B. və dünyaya gətirdiyi uşaq ölüb. 3 saylı Şəhər Klinik Xəstəxanasından bildirilib ki, doğum sözügedən xəstəxanada qeydə alınmayıb.

"Yeniyetmə qız 3 saylı Şəhər Klinik Xəstəxanasına aqonal vəziyyətdə gətirilib. O, tibb müəssisəsinə qanaxma ilə çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Doğuş bu xəstəxanada qeydə alınmayıb” - deyə müəssisənin məlumatında deyilir.

Araşdırmalar nəticəsində G.B.-nin əvvəllər 28 yaşlı Mayıl Hadıyevlə qeyri-rəsmi nikah münasibətlərində olması müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, M.Hadıyev saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu