Özünü 4-cü mərtəbədən atan qız xəstəxanada öldü


Bakıda özünü 4-cü mərtəbədən yerə atan 16 yaşlı qız xəstəxanada ölüb.


Bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Qeyd olunub ki, açıq kəllə-beyin travması ilə ağır vəziyyətdə mərkəzin reanimasiya şöbəsinə yerləşdirilən qızın həyatını xilas etmək mümkün olmayıb: "O, xəstəxanaya yerləşdirildiyi ikinci gün dünyasını dəyişib".

Xatırladaq ki, hadisə aprelin 1-i paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 52 ünvanında qeydə alınmışdı. Qız həmin binada anası ilə birgə kirayədə qalırmış.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu